Ukrayna müharibəsinin 21-ci günü
Ukrayna və Rusiya döyüşlərin son gedişatı barədə məlumat yayıblar
Ukrayna və Rusiya döyüşlərin gedişatı və qarşı tərəfin ağır tələfatı barədə məlumat yayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edib ki, Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 13 min 800-ə çatıbdır.
Məlumatda deyilir ki, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın 430 tankı, 1375 zirehli döyüş maşını və 190 artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 hava hücumundan müdafiə sistemi, 84 təyyarə, 108 helikopter, 819 avtomobil texnikası, 3 gəmi/qayıq, 60 yanacaq-sürtkü materialı olan sistern, həmçinin 11 əməliyyat-taktiki pilotsuz uçuş aparatı və 10 ədəd xüsusi texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov isə deyib ki, 24 fevralda Ukraynada başlayan xüsusi hərbi əməliyyatdan indiyədək düşmənin 1350-dən çox tank və digər zirehli texnikası məhv edilib.
Onun sözlərinə görə, ümumilikdə hərbi əməliyyat zamanı Ukraynanın 111 təyyarəsi, 68 helikopteri, 160 PUA-sı, 159 zenit-raket kompleksi, 1353 tank və digər zirehli texnikası, 129 reaktiv yaylış atəşli sistemi, 493 artilleriya və minaatanı, 1096 xüsusi hərbi avtomobili sıradan çıxarılıb.
Rusiya Silahlı Qüvvələrinin digər bir məlumatında bildirilir ki, Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirib. Çerniqov vilayətində isə Ukraynaya məxsus iki Su-25 təyyarəsi, Novaya Bıkovka rayonunda bir MiQ-29, həmçinin dörd pilotsuz uçuş aparatı vurulub.
Başqa bir məlumata görə, bu gün Ukrayna vaxtı ilə saat 06:00 radələrində Kiyev şəhəri Rusiya aviasiyası tərəfindən bombardmana məruz qalıb yaşayış binaları dağılıb.
Mariopulda gedən döyüşlərdə isə bir rus generalının əsir alındığı iddia olunub. General Rusiyanın 150-ci motoatıcı diviziyasının komandiri, general-mayor oleq Mityayevdir.