BMT Myanma ordusunu müharibə cinayətləri, işgəncələr və qətllərdə ittiham edir
https://azeri.sahartv.ir/news/dünya-i386999-bmt_myanma_ordusunu_müharibə_cinayətləri_işgəncələr_və_qətllərdə_ittiham_edir
BMT Myanma çevrilişindən sonra ilk əhatəli insan haqları hesabatında Myanma ordusunu hərbi cinayətkar elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2022 18:06 Asia/Baku
  • BMT
    BMT

BMT Myanma çevrilişindən sonra ilk əhatəli insan haqları hesabatında Myanma ordusunu hərbi cinayətkar elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet çərşənbə axşamı bildirib ki, təhlükəsizlik qüvvələri insanların məskunlaşdığı ərazilərə hava hücumları və ağır silahlardan istifadə etməklə və qəsdən mülki şəxsləri hədəfə alaraq insan həyatına açıq-aşkar etinasızlıq nümayiş etdirib.

Mişel Baçeletin bəyanatında deyilir ki, bir çox qurban başından vurulub, yandırılıb öldürülüb, özbaşına həbs edilib, işgəncələrə məruz qalıb və ya canlı qalxan kimi istifadə edilib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı beynəlxalq ictimaiyyəti Myanmadakı hakim rejimə qarşı "mənalı hərəkətə" çağırıb.