Rus ordusu hücum edir
Ukraynada ağır döyüşlər gedir
Rusiyanın Müdafiə Nazirliyi Ukraynada gedən əməliyyatların uğurlu olduğunu iddia edir.
SəhərAzəri-nin məlumatına əsasən, Donetsk silahlı separatçı qruplaşması Stepnoe yaşayış məntəqəsini ələ keçirib.
Rusiya MN-in rəsmisi İqor Konaşenkov bildirib ki, Ukrayna ordusu geri çəkilir:
“Hazırda Donetsk silahlı qüvvələri geri çəkilən Ukraynanın 53-cü mexanikiləşdirilmiş briqadasını təqib edir. Ukrayna briqadasının 25 əsgəri öldürülüb, iki tank, iki PDM, 5 hərbi maşın məhv edilib”.
Onun sözlərinə görə, Donetskin “ikinci hərbi birləşməsi” 3 km irəliləyərək, Kamenka-Verxnetoretskoe yoluna çıxıb, hazırda bu istiqamətdə döyüşlər gedir.
Konaşenkov qeyd edib ki, bütövlükdə gecə ərzində baş verən döyüşlərdə 40-a qədər Ukrayna əsgəri öldürülüb. Hücum davam edir.
Konaşenko həmçinin əcnəbi muzdluların bazasının Rusiya ordusu tərəfindən vurulduğunu söyləyib.
O bildirib ki, Jitomir vilayətinin Ovruç yaşayış məntəqəsinə yüksəkdəqiqlikli raketlə zərbə endirilib:
“Həmin ərazini Ukraynada döyüşməyə gələn əcnəbi muzdlular baza kimi istifadə edirdi. Zərbə nəticəsində 100-dən çox muzdlu və hərbçi ölüb”.
Qeyd edək ki, Konaşenkov bu gün “Xəncər”lə yanaşı, “Kalibr”lərdən də istifadə edildiyini təsdiqləyib.