Mart 22, 2022 11:52 Asia/Baku

 Rusiya XİN başçısının müavini Qərbə xəbərdarlıq edib ki, sanksiyalar bu ölkənin qətiyyətinə təsir etməyəcək.

 SəhərAzəri-nin məlumatına əsasən, Sergey Ryabkov Ukrayna ətrafındakı vəziyyət və ABŞ-la münasibətləri haqqında açıqlamalar verib. O deyib ki, ABŞ Rusiya ilə münasibətlərdə getdiyi eskalasiya xəttini dayandırmalıdır: Rusiya-ABŞ münasibətləri tam pozulma həddindədir və məsələ Vaşinqtonun indidən belə seçəcəyi xəttdədir.

Xatırladaq ki, dünən ABŞ səfirinə nota verilib. Notada qeyd olunur ki, baş verənlər münasibətləri tam pozulma həddinə çatdırıb. 

Ryabkovun sözlərinə görə, ABŞ Rusiya ilə münasibətlərdə getdiyi gərginlik xəttini dayandırmalıdır. Rusiya əleyhinə təhdidlər yağdırmağa son qoymaq lazımdır. Əgər bu halda onlar Kiyevə hansısa pozitiv təsir də edə bilsələr, onda münasibətlərin gələcəkdə normallaşdırılması üçün müəyyən perspektiv olacaq.

Rusiya Xarici işlər nazirinin müavini həmçinin qeyd edib ki, ABŞ sanksiyaları Ukraynada aparılan xüsusi əməliyyatın məqsədlərinə çatmaq üçün Rusiyanın qətiyyətinə təsir etməyəcək. O, həmçinin Rusiyanın ABŞ sanksiyalarına uyğunlaşdığını vurğulayıb.

Teqlər