Bayden Rusiyanın əsəbləri oynayır
“Putin bioloji və kimyəvi silahdan istifadə etməyi düşünür”
Amerika prezidenti növbəti dəfə Putuni hönsələdən çıxaracaq ittiham irəli sürüb.
SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden bildirib ki, Rusiya lideri Ukraynada bioloji və kimyəvi silahlardan istifadə etməyi düşünür.
Bayden bu məsələni Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Böyük Britaniyanın baş naziri Boris Consonla müzakirə edib.
Pentaqonun sözçüsü Con Kirbi də jurnalistlərə deyib: “Biz, şübhəsiz ki, Rusiya qoşunlarının müharibə cinayətləri törətdiyinə dair aydın sübutlar görürük”.
Pentaqonun sözçüsü onu daqeyd edib ki, ruslar əsas limanlara, əsas şəhərlərə, əsas dövlət qurumlarına nəzarəti ələ keçirmək və Ukrayna hökumətini əvəz etmək və zamanla Ukraynanın suverenliyini məhv etmək istəyirdilər, lakin buna nail ola bilməmişlər. Onlar Kiyevin ətrafında, Xarkovdan kənarda, Çerniqovda və bir çox başqa yerlərdə ilişib qalıblar və uzaqdan ballistik raketlərdən, artilleriyadan onlara atəş açır, onları təslim olmağa məcbur etməyə çalışırlar.
6 rus generalının ölümündən danışan ABŞ Müdafiə Nazirliyinin sözçüsü həmçinin bildirib ki, ruslar uzun müddətdir ki, çoxsaylı hücum xəttində bu intensivlikdə əməliyyatlara tam hazır deyildilər.