Mart 23, 2022 19:18 Asia/Baku
  • Putin Rusiya qazının rublla satılmasına çağırdı

Rusiya prezidenti Mərkəzi Banka və Nazirlər Kabinetinə bir həftə ərzində Avropa ilə rublla əməliyyatların aparılması qaydasını müəyyən etməyi tapşırıb.

 SəhərAzəri-nin məlumatına əsasən,Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Rusiya hökumətinin üzvləri ilə görüşündə bildirib ki, ölkə öz nüfuzuna dəyər verdiyi üçün Rusiya əvvəlki müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə qaz tədarükünü davam etdirəcək.

RF lideri deyib ki, Rusiya artıq qazı rublla tədarük edəcək. Prezident Mərkəzi Banka və Nazirlər Kabinetinə bir həftə ərzində Avropa ilə rublla əməliyyatların aparılması qaydasını müəyyən etməyi tapşırıb.

“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, deyə Rusiya prezidenti vurğulayıb.

Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.

Vladimir Putin bildirib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin dondurulması ilə bağlı qeyri-qanuni qərarlar verməklə öz milli valyutalarına inamı aradan qaldırıblar.

Teqlər