ABŞ-Rusiya əlaqələrində gərginlik daha da artır
Rusiya XİN amerikalı diplomata etiraz notası təqdim edib
ABŞ-ın Ukrayna məsələsində həddini aşdığına görə Rusiya XİN amerikalı diplomata etiraz notası təqdim edib
SəhərAzəri-nin məlumatına əsasən, Amerika tərəfinə ABŞ-ın Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətinin qəti və adekvat cavabını alacağı qətiyyətlə bəyan edilib.
ABŞ diplomatına Vaşinqtonun rus diplomatlarını ölkədən çıxarmasına cavab olaraq xaric ediləcək işçilərin siyahısı olan nota təqdim edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, martın 23-də Xarici İşlər Nazirliyinə çağırılan ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək rütbəli diplomatına Vaşinqtonun ölkədən çıxarılmasına cavab olaraq “persona non-qrata” elan edilmiş, deportasiya edilmiş Amerika diplomatik işçilərinin siyahısı olan nota təqdim edilib.
Məlumatda həmçinin vurğulanıb ki, Amerika tərəfinə ABŞ-ın Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətinin qəti və adekvat cavabını alacağı qətiyyətlə bəyan edilib.