Sutka ərzində 170 rusiyalı hərbçi məhv edilib
https://azeri.sahartv.ir/news/dünya-i387304-sutka_ərzində_170_rusiyalı_hərbçi_məhv_edilib
Ukraynanın Müdafiə Nazirliyi sutka ərzində 170 rusiyalı hərbçinin məhv edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2022 09:37 Asia/Baku
  • Sutka ərzində 170 rusiyalı hərbçi məhv edilib

Ukraynanın Müdafiə Nazirliyi sutka ərzində 170 rusiyalı hərbçinin məhv edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda ötən sutka ərzində həmçinin Ukrayna ordusu tərəfindən Rusiya Silahlı Qüvvələrinə məxsus səkkiz tankın, 17 zirehli və 11 avtomobil texnikasının məhv edildiyi bildirilib.

Qeyd olunub ki, Ukrayna Hava Hücumundan Müdafiə sistemləri sutka ərzində Rusiyaya məxsus üç təyyarəni, üç pilotsuz uçuş aparatını, bir helikopteri məhv edib. Həmçinin hava hücumundan müdafiə sistemləri beş qanadlı raketi də zərərsizləşdirib.