Zelenski Rusiya ilə danışıqlarda prioritetlərini açıqlayıb
Suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatları
Ukrayna prezidenti Rusiya Federasiyası ilə danışıqlarda prioritetlərini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Volodimir Zelenski bildirib ki, suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatları Kiyevin bu gün əsas tələbləri sırasındadır.
"Biz sülh axtarırıq. Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə doğurmur. Effektiv təhlükəsizlik təminatları dövlətimiz üçün vacibdir" - deyə Zelenski deyib.
Ukrayna lideri həmçinin qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılmasının lazım olduğunu bildirib.
O sonra deyib: "Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”.