Mart 29, 2022 12:15 Asia/Baku
  • Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqları keçirilir

Bu gün səhər saatlarından İstanbulda Türkiyə Prezident sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda indiyədək heç bir nəticə əldə olunmayıb və hər iki tərəf ona bədbin yanaşır.

"FARS" xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezident Administrasiyası dünən Rusiya-Ukrayna müzakirə heyətlərinin görüşünün bu gün Moskva vaxtı ilə saat 10:30-da aşlayacağını bildirçişdi.

Görüş İstanbuldakı Cümhurbaşqanlığı Dolmabaxça İş Ofisində və bağlı qapılar arxasında keçirilib.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.

İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşü elə bir halda keçirilir ki, son günlər Ukrayna qüvvələrinin güclü müqavimətinə baxmayaraq, Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə doğru irəliləməsi davam edir və onlar Kiyevə daha yaxınlaşıblar. 

Teqlər