Mart 29, 2022 19:00 Asia/Baku
  • Rusiyalı nümayəndə danışıqları konstruktiv adlandırıb

Rusiyanın İstanbuldakı danışıqlardakı nümayəndəsi, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Rusiya və Ukrayna arasında danışıqları konstruktiv adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Medinski bildirib ki, Ukraynanın təklifləri Rusiya prezidenti Vladimir Putinə çatdırılacaq.“Vladimir Putin və Volodimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin imzalanması ilə eyni vaxtda mümkündür”, - V.Medinski vurğulayıb.

Riya Novosti də Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən bildirib ki, Ukrayna ilə sülh danışıqları üçün İstanbula gələn Rusiya nümayəndə heyəti bu gün Moskvaya geri qayıdacaq.

Teqlər