Mart 29, 2022 19:20 Asia/Baku
  • Ukraynanın hərbi ittifaqlara qoşulmayacağı razılaşdırılıb?

Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verir. Bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, Medinski “Pervıy” kanalın efirində deyib: “Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”

Medenski eyni zamanda bildirib ki,“Kiyev və Çerniqov istiqamətlərində de-eskalasiya atəşkəs demək deyil”.

Onun sözlərinə görə, Rusiya müntəzəm olaraq heç olmasa Kiyev və Çerniqov istiqamətlərində de-eskalasiyaya səy göstərir.

Putinin köməkçisi Rusiyanın Kiyevi böyük hərbi riskə məruz qoymaq istəmədiyini vurğulayıb: “Biz bu şəhəri (Kiyev) əlavə hərbi riskə məruz qoymaq istəmirik”.

Teqlər