Zelenski-Putin görüşü yaxın zamanlarda reallaşacaq?
Ukrayna və Rusiya nümayəndə heyəti arasında onlayn danışıqlar cümə günü, aprelin 1-də bərpa olunacaq.Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya “Telegram”da bidlirib.
SəhərAzəri-nin məlumatına əsasən,Araxamiya, ümid etdiyini bildirib ki, Prezident Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu həftə görüş olacaq. O, bunun üçün hazırlıqların getdiyini deyib.
“Türkiyədə keçirilən danışıqlarda biz də bildirdik ki, indi iki dövlətin liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti bildirdi ki, razılaşdırılmış müqavilə layihəsi olmalıdır. Bir həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı olanı hazırlayacağıq. Ümid edək ki, ölkə prezidentləri görüşləri davam etdirəcəklər”.
Araxamiyanın sözlərinə görə, Ukrayna tərəfi prezidentlərin görüşünün Rusiya və ya Belarus ərazisində keçirilməsini istəmir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, Rusiya və Ukrayna tərəfləri arasında yaxınlaşmalar olsa da, bəzi mövzular var ki, onlara liderlər səviyyəsində baxıb qərar verilməlidir.
O bildirib ki, bunlardan biri də Krım məsələsidir: “Ukraynada hətta referendum keçiriləcək. Rusiyada referendumun keçirilib-keçirilməyəcəyini bilmirik. Ukrayna və Rusiya arasında razılaşmanın xalqlar üçün də məqbul bir razılaşma olması vacibdir”.
Nazir qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etmək niyyətindədir.
Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Putin və Zelenskinin görüşü üçün dəqiq vaxt çərçivələri yoxdur, ilk növbədə razılaşmanı yekunlaşdırmalıyıq.