Mart 31, 2022 13:10 Asia/Baku
  • Rusiyaya qarşı sanksiyalar Avropa üçün acı nəticələrə gətirib çıxarır +VİDEO

Fransanı Rusiyaya qarşı sanksiyalar səbəbindən yanacağın qiymətinin artmasına qarşı etirazlar bürüyüb.

SəhərAzəri-nin Sputnik Azərbaycana istinadən verdiyi məlumata görə, ilk növbədə etirazlara fermerlər, taksi və TIR sürücüləri qalxıb. Bretan vilayətində 40 TIR sürücüsü vilayət paytaxtında aksiyaya çıxıb.

“Benzin üçün həftəlik xərclərin əvvəlkindən 800 avro çox olması qıcıqlandırmaya bilməz. Əgər üç aydan sonra təcili tədbirlər görülməsə, mənim və digər daşıyıcıların sonu çatacaq", - deyə etirazçılardan biri bildirib.

Marseldə isə etiraz aksiyasının iştirakçıları şəhərin bütöv bir rayonuna az qala od vuracaqdılar. Lorian və Brestdə neft anbarlarını balıqçılar, TIR sürücüləri və fermerlər qapadıblar. Onlar traktor, yük avtomobilləri ilə yanacaq daşıyan nəqliyyatın ərazidən çıxmasına imkan vermirlər.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların acı nəticələr doğuracağı qorxusu digər Avropa ölkələrində də var.

Alman həmkarlar ittifaqları assosiasiyasının rəhbəri Rayner Hoffman bildirib ki, Rusiyadan qaz tədarükünün dayandırılması aradan qaldırılması mümkün olmayan nəticələrə gətirəcək.

Rusiyanın Ukraynada başladığı xüsusi hərbi əməliyyatlardan sonra tətbiq olunan qarşılıqlı sanksiyalar Avropada enerji daşıyıcıları ilə bağlı problemlərin meydana gəlməsinə səbəb olub.

 

Teqlər