Apr 01, 2022 12:00 Asia/Baku
  • ABŞ strateji neft ehtiyatlarından istifadə etməyə başladı

ABŞ strateji neft ehtiyatlarından istifadə etməklə yanaşə ruslara qarşı yeni sanksiyalar tətbiq edir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın dost olmayan ölkələrə bu gündən etibarət mavi yanacağı rublla satacağını açıqlamasından sonra Ağ Ev qiymət artımının qarşısını almaq üçün milli strateji neft ehtiyatlarından istifadə etməyə başladığını elan edib.

ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən bildirib ki, növbəti altı ay ərzində hər gün bazara orta hesabla 1 milyon barrel, yəni yarım ildə 180 milyon barrel neft daxil olacaq.

O, ölkənin neft sənayesini hasilatı artırmağa çağırıb.

Dövlət katibi Entoni Blinken isə bildirib ki, Kremlin sanksiyalardan yayınmasına kömək edən hüquqi və fiziki şəxsləri bloklamaq hədəf qoyulub. Bu, Rusiyanın müdafiə-sənaye kompleksi ilə bağlı şəxslərə və şirkətlərə aiddir. Birləşmiş Ştatlar Putinin hərbi maşınına qarşı sanksiyalar tətbiq etməyə davam edəcəkdir. 

Teqlər