Moskva: ABŞ və NATO təxribatın ustasıdır
Rusiya Ukraynanın Buça şəhərindəki görüntülərin Rusiyanı günahlandırmaq üçün “sifariş edildiyini” deyir .
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Ukraynanın Buça şəhərində həlak olan mülki vətəndaşların görüntüləri Rusiyanı günahlandırmaq planının bir hissəsi kimi ABŞ tərəfindən "sifariş edilib".
Mariya Zaxarova Rusiyanın dövlət televiziyasına verdiyi müsahibədə deyib: "Təxribatın ustaları kimlərdir? Təbii ki, ABŞ və NATO".
Zaxarova deyib ki, Qərbin ölən mülki şəxslərin görüntüləri ilə bağlı dərhal etirazı bu hekayənin Rusiyanın imicini ləkələmək planının bir hissəsi olduğunu göstərir.
"Belə olan halda, mənə elə gəlir ki, Rusiya haqqında bu bəyanatların, bu materiallar ortaya çıxdıqdan sonra ilk dəqiqələrdə verilməsi faktı bu hekayəni kimin "sifariş etdiyi" ilə bağlı heç bir şübhə qoymur", - deyə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib.