Apr 05, 2022 10:51 Asia/Baku
  • Döyçe Bankdan xəbərdarlıq

Döyçe Bankın icraçı direktoru xəbərdarlıq edib ki, Rusiyadan neft və qaz idxalı dayanarsa, Almaniya kəskin bir durğunluqla üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyaya qarşı tətbiq edilmiş növbənöv sanksiyalar indiyədək Avropa iqtisadiyyatını bir çox problemlə üzləşdirib.

Araşdırmalar göstərir ki, Ukraynada müharibə, həmçinin korona pandemiyasından irəli gələn böhran Almaniyada inflyasiya göstəricisini 7,3 faiz artırıb.

Almaniyanın bu miqdarda inflyasiya ilə üzləşdiyi sonuncu dəfə 1981-ci ildə Qərbi Almaniyada olub və bu gün 40 ildən çox bir vaxtın keçməsilə Almaniya özünü analoji böhranla qarşı-qarşıya görür.

Ukrayna müharibəsi və Rusiyadan neft və qaz eksportu haqdakı inamsızlıq bu sanksiyanın iki əsas amilidir.

Döyçe Bankın icraçı direktoru Kristian Sovinq deyib ki, Ukraynadakı müharibəyə görə, Almaniya banklarının/ iki faizə yaxın/ olduqca yavaş inkişafı təcrübə edəcəkləri gözlənilir.

Sovinq əlavə edib: Əgər Rusiyadan neft və qaz idxalı və ya təqdimi dayanarsa, Almaniyada nəzərəçarpacaq iqtisadi durğunluq praktik şəkildə qaçılmaz olacaqdır.

Döyçe Bankın icraçı direktoru bir daha Avropa Mərkəzi Bankından istəyibdir ki, inflyasiyanın qarşısını almaq üçün bir ölçü götürsün; belə olan halda, hökumətin müxtəlif sektorlara və şirkətlərə yardım tədbirləri daha tez həyata keçəcək.

Almaniyanın maliyyə naziri də bundan öncə qiymətlərin qalxmasına işarə ilə vurğulamışdı ki, milli iqtisadiyyatdakı hazırkı durum onun üçün ciddi nigarançılıqlar yaradıb və Ukrayna müharibəsi bu ölkəni daha da yoxsullaşdırıbdır.

 

Teqlər