Bayden bir daha Rusiyanın 20-lər qrupundan çıxarılmasını istəyib
Amerikanın maliyyə naziri Cennet Yellen bildirib ki, Rusiyanın 20-lər qrupunun yığıncaqlarında iştirak edəcəyi hallarda, Amerika bu yığıncaqlarda iştirak etməyəcək. Yellen deyib ki, ABŞ prezidenti Co Bayden Rusiyanın 20-lər qrupundan çıxarılmasını istəyir.
SəhərAzəri-nin məlumatına əsasən, Yellen cümə axşamı günü gecə ABŞ konqresinin nümayəndələr palatasının maliyyə xidmətləri komitəsindəki çıxışında bildirib ki, o, Amerikanın mövqeyini 20-lər qrupunun digər maliyyə nazirləri üçün aydınlaşdırıb.
Amerika prezidenti ötən ay da Brüsseldə keçirilən bir mətbuat konfransında demişdi ki, Rusiya 20-lər qrupundan ixrac edilməlidir, amma digər üzvlər bu addım haqda razılığa gəlməlidirlər.
20-lər qrupunun növbəti sammiti noyabr ayında İndoneziyada keçiriləcək. Həmin sammitdən öncə 20-lər qrupunun/ «nazirlər səviyyəli» iclasları keçiriəcək.
20-lər qrupu dünyanın 20 üstün və böyük iqtisadiyyatının maliyyə nazirləri və mərkəzi banklarının məsul şəxslərindən təşkil olunmuş bir qrupdur. Dünyanın iqtisadiyyat üzrə ən güclü ölkələrinin daxil olduqları bu qrup ümumilikdə dünya iqtisadiyyatının səksən beş, dünya əhalisinin isə üçdə iki hissəsini əhatə edir.