Apr 08, 2022 14:26 Asia/Baku
  • BMT
    BMT

BMT Baş Assambleyası doxsan üç lehinə, iyirmi dörd əleyhinə və əlli səkkiz tərəfsiz səslə Rusiyanın bu təşkilatın Cenevrədə yerləşən insan hüquqları şurasına üzvlüyünü dayandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasının ABŞ-ın və müttəfiqlərinin tələbilə Ukrayna müharibəsi barədəki üçüncü növbədənkənar yığıncağı Rusiyanın insan hüquqları şurasına üzvlüyünün dayandırılması üçün yerli vaxtla cümə axşamı günü keçirilib.

BMT Baş Assambleyasının qeyd olunan məsələ haqdakı qətnaməsində deyilir ki, Baş Assambleya insan hüquqlarını geniş və sistematik şəkildə pozan şura üzvlərindən birinin insan hüquqları şurasına üzvlük haqqını dayandıra bilər.

Qətnamədə qeyd olunur ki, şura Rusiya tərəfindən onun Ukraynaya hücumu gedişində baş verən beynəlxalq humanitar qanunların, həmçinin insan hüquqlarının geniş və sistematik şəkildə pozulması ilə bağlı məlumatlarla bağlı olduqca nigarandır.

Belə bir halda, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib: Bu səsvermə, öz hegemonçuluq mövqeyini davam etdirmək, tam yiyəlik və nəzarətini qoruyub saxlamaq istiqamətində Amerika tərəfindən göstərilən bir səydir.

 

Teqlər