Kramatorsk vağzalı raketlə hədəfə alınıb
https://azeri.sahartv.ir/news/dünya-i387767-kramatorsk_vağzalı_raketlə_hədəfə_alınıb
Aprelin 8-də Donetsk vilayətində Kramatorsk şəhəri dəmiryol vağzalına iki raket zərbəsi endirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 08, 2022 10:23 Asia/Baku
  • Kramatorsk vağzalı raketlə hədəfə alınıb

Aprelin 8-də Donetsk vilayətində Kramatorsk şəhəri dəmiryol vağzalına iki raket zərbəsi endirilib.

Frans Press Donetsk vilayətinin rəhbərinə istinadla bildirib ki, ölənlərin sayı 50 nəfərə çatıb.

Ukraynalı mənbələrin verdikləri ilkin məlumatlarda zərbələrin "İsgəndər" raketləri ilə endirildiyi bildirilib. Hücum zamanı vağzalda Donbasdan təhlükəsiz sahələrə evakuasiya olunan çoxlu sayda adam olub.