Apr 08, 2022 17:55 Asia/Baku
  • Zaxarova NATO-nun Ukrayna əli ilə Rusiya ilə vuruşduğunu deyib

NATO Ukraynaya silah tədarükünü davam etdirməklə münaqişənin uzanmasına gətirib çıxarır.bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya XİN sözçüsü deyib: “Ukraynanı əlavə silahlarla təmin etməyə davam edən alyans münaqişənin uzanmasına gətirib çıxarır. O, Kiyev rejiminin müharibə cinayətlərinə və təkcə Donbasda deyil, bütün Ukraynada mülki insanlara qarşı qəddarlığa görə cəzasız qalacağına inamını dəstəkləyir.”

Mariya Zaxarova NATO-nun münaqişəyə açıq şəkildə daxil olmasını inkar etməsinə toxunaraq bildirib ki, buna rəğmən Şimali Atlantika bloku faktiki olaraq uzun müddət Ukraynanın tərəfində və onun əli ilə Rusiyaya qarşı vuruşur.

Məlumat Rusiya XİN-in saytında Zaxarovanın adından yayılan açıqlamada qeyd olunub.

Teqlər