Stoltenberq Ukrayna savaşına son qoyulmasını iddia edib
https://azeri.sahartv.ir/news/dünya-i387775-stoltenberq_ukrayna_savaşına_son_qoyulmasını_iddia_edib
NATO-nun baş katibi Ukraynada müharibənin bitməsi üçün ən asan yolu, Rusiya əsgərlərinin geriyə çəkilmələri adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2022 17:29 Asia/Baku
  • Yens Stoltenberq
    Yens Stoltenberq

NATO-nun baş katibi Ukraynada müharibənin bitməsi üçün ən asan yolu, Rusiya əsgərlərinin geriyə çəkilmələri adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında iddia edib ki, Rusiya-Ukrayna qarşıdurmasına son qoymaq üçün ən asan yol, bütün Rusiya əsgərlərinin geriyə çəkilmələri və həll yolunun tapılması üçün ciddi diplomatik tədbirlərin başlanmasıdır.

Stoltenberq həmçinin Ukraynada müharibənin uzanması haqda xəbərdarlıq etməklə deyib: Ukrayna xalqı hamıdan çox ziyan çəkir, amma yəqin ki, müharibənin davam etməsilə döyüşlərin Ukraynadan kənar bölgələrə sirayət etməsi ehtimalı da var. NATO bu əsasda, döyüşlərin şiddətlənməsinin qarşısını almaq istəyir.