Fransada seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i387881-fransada_seçkilərin_nəticələrinə_qarşı_etiraz_aksiyası_keçirilib
Fransanın Ren şəhərində prezident seçkilərinin birinci turunun nəticələrinə qartşı etiraz aksiyası keçirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 11, 2022 05:26 Asia/Baku
  • Fransada seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib

Fransanın Ren şəhərində prezident seçkilərinin birinci turunun nəticələrinə qartşı etiraz aksiyası keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən,Ren şəhərinin mərkəzinə toplaşanlar Emmanuel Makron və Marin le penin əsas namizədlər kimi növbəti tura keçməsinə etiraz ediblər.

Aksiya iştirakçıları tullantı qablarına od vurub, iş yerlərinin pəncərələrini sındırıblar.

Etirazçılar polisin müdaxiləsindən sonra dağılışıb.

Fransada prezident seçkilərinin birinci turunun nəticələrinə görə Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.

ّFransanın  “BFM” telekanalı bildirib ki, keçirilən prezident seçkilərinin birinci turunda 13 milyona yaxın fransız səsverməyə gəlməyib.

“Seçicilərin 27%-i seçkilərdə iştirak etməyib, bu, demək olar ki, 13 milyon nəfərdir”, - telekanal aparıcısı bildirib.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.