Apr 15, 2022 11:34 Asia/Baku
  •  Dünya Bankı
    Dünya Bankı

İran iqtisadiyyatının, 2020-ci ilin ortalarından başlanan öz tədrici bərpasını davam etdirdiyini bildirən Dünya Bankı qeyd edib ki, bu iqtisadiyyat yavaş-yavaş ötən onillikdəki durğunluqdan çıxır.

SəhərAzəri-nin məlumatına əsasən, Dünya Bankı cari ayda yayılan İran iqtisadiyyatına dair məlumatının bir hissəsində bildirib: Korona pandemiyası, neftin sabit qiyməti və iki mərhələdə iqtisadi sanksiyalarla üzləşən İran iqtisadiyyatı yavaş-yavaş ötən onillikdəki durğunluqdan çıxır.

Bankın proqnozuna görə, orta perspektivdə, ümumi daxili məhsulun orta hesablı inkişafı yerində qalacaq, zira İranın ticarəti, xüsusən neft ixracatının ardıcıl sanksiyalara görə, məhdudiyyətdə qərar tapdıqları bir şəraitdə korona pandemiyasının təsirinin davam etməsi, daxili və beynəlxalq tələbin zəifləməsinə gətirib çıxaracaq və İran iqtisadiyyatına təsir göstərəcək.

 

Teqlər