Maradonanın ölümündə 8 həkim ittiham olunur
Argentina prokurorluğu Maradonanın ölümü işində səkkiz həkimə qarşı «qəsdən qətlə yetirmə» ittihamının irəli sürüldüyünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Argentinanın ictimai prokurorluğu dünən öz təhqiqatlarını «qəsdən qətlə yetirmə» ittihamı ilə səkkiz həkimə qarşı məhkəmə işi açmaqla başa vurub.
Bütün müttəhimlər tibbi qüsurlardan irəli gələn «qəsdən qətlə yetirmə»də ittiham olunurlar. Onları beş ildən iyirmi beş ilədək həbs cəzası gözləyir.
Argentina milli komandasının mərhum superulduzu 2020-ci il noyabrın iyirmi beşində ürək dayanması səbəbindən həyatını itirdi.
Argentina futbolu ulduzunun ölümü fonunda qeyd edək ki, o, ölümündən az öncə beyin cərrahlığı keçirmiş və xəstəxanadan buraxılmışdı. Maradona bir tibb qrupu tərəfindən dəqiq nəzarətə alınmalı idi.
Maradonanın ailəsi və dostları həmin dövrdə dərhal onun vəziyyətinə tibb nəzarəti şəraitinin qeyri-münasib olması haqda xəbərdarlıq etdilər.