Qazaxıstan artıq keçmişdəki qədər buğda və un ixrac etməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i388143-qazaxıstan_artıq_keçmişdəki_qədər_buğda_və_un_ixrac_etməyəcək
Qazaxıstan buğda və unun ixracı üçün kvota tətbiq edəcək.Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Yerbol Karaşukeyev müvafiq əmr imzalayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 18, 2022 08:14 Asia/Baku
  • Qazaxıstan artıq keçmişdəki qədər buğda və un ixrac etməyəcək

Qazaxıstan buğda və unun ixracı üçün kvota tətbiq edəcək.Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Yerbol Karaşukeyev müvafiq əmr imzalayıb.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu sənəd dövlət qeydiyyatına alınması üçün Qazaxıstan Ədliyyə Nazirliyinə təqdim edilib.

Beləliklə, iyununun 15-dək Qazaxstanda buğda və maya üçün tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün isə 300 min ton müəyən edilib.

Qazaxıstan dövlətinin bu qərarının bu ölkədən buğda və un idxal edən ölkələrə mümkün təsirləri diqqət çəkir. Son vaxtlar Qazaxıstanda və Rusiyada buğdanın qiymətinin artırılması Azərbaycan Respublikasında un məmulatlarının qiymətinə təsir etmişdir.