Rusiyada tarix dərsi birinci sinifdən tədris ediləcək
https://azeri.sahartv.ir/news/dünya-i388193-rusiyada_tarix_dərsi_birinci_sinifdən_tədris_ediləcək
Rusiyanın maarif naziri- Sergey Kravtsov bildirib ki, Rusiya Federasiyasının Maarif Nazirliyi "tarixi yaddaşın qorunması üçün hər şeyi etmək" niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2022 12:30 Asia/Baku
  • Rusiyada tarix dərsi birinci sinifdən tədris ediləcək

Rusiyanın maarif naziri- Sergey Kravtsov bildirib ki, Rusiya Federasiyasının Maarif Nazirliyi "tarixi yaddaşın qorunması üçün hər şeyi etmək" niyyətindədir.

 SəhərAzəri-nin TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, «Rusiya Federasiyasının Maarif Nazirliyi tarix fənninin məktəbin birinci sinifindən tədris edilməsi layihəsini həyata keçirmək niyyətindədir». Bu sözləri nazirliyin rəhbəri Sergey Kravtsov "Güc həqiqətdədir" adı altında keçirilən ilk ümumrusiya məktəb tarix forumunda söyləyib.

«Biz tarixi yaddaşın qorunması üçün hər şeyi edəcəyik. Mənim qəbul etdiyim qərara əsasən, tarixi təhsil, məktəblərdə birinci sinifdən başlanacaq», deyə Kravtsov bildirib.

O qeyd edib ki, nazirlik yerli tarix, yəni Rusiya tarixi öyrənilərkən Belarus və Ukrayna xalqlarına qarşı hansısa pis yanaşmanın olmasına yol verməyəcək.

Rusiya Federasiyası Maarif Nazirliyinin mətbuat xidmətində şərh edildiyi kimi, qeyd olunan təşəbbüs "məktəb proqramının bütün imkanlarından istifadə"ni nəzərdə tutur.

Qeyd edək ki, bu zamanadək Rusiya Federasiyasının məktəblərində tarixin öyrənilməsi məktəbin beşinci sinifindən başlanıbdır.