BVF bu il qlobal iqtisadi artım üzrə proqnozunu endirib
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna müharibəsinin şok dalğalarını əsas gətirərək, bu il ikinci dəfə olaraq, qlobal iqtisadi artım üzrə proqnozunu endirib.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, beynəlxalq kredit qurumu qlobal iqtisadiyyatın 2022 və 2023-cü illərdə 3,6 faiz artacağını proqnoz edib ki, bu da, müharibənin Ukrayna və Rusiyaya birbaşa təsirini və onun dünyaya yayılmasını nəzərə alsaq, yanvar gözləntisi ilə müqayisədə müvafiq olaraq, 0,8 və 0,2 faiz bəndi azdır.
2023-cü ildən sonra qlobal artımın ortamüddətli perspektivdə təxminən 3,3 faizə enəcəyi proqnozlaşdırılır.
Maliyyə qurumu bildirib ki, Ukrayna müharibəsi qlobal artımın əhəmiyyətli dərəcədə yavaşlamasına, inflyasiyanın sürətlənməsinə və daha uzun müddət davam etməsinə səbəb olacaq.