BMT-nin baş katibi Ukraynada 4 günlük humanitar atəşkəsə çağırıb
BMT-nin baş katibi Antonio Quterreş pravoslav xristianların “Müqəddəs həftə”si ilə əlaqədar Ukraynada dörd gün müddətinə humanitar atəşkəsə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, BMT-nin baş katibi Antonio Quterres çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamada Müqəddəs Cümə Axşamı günündən, Pasxa bayramını qeyd etdikləri bazar günü 24 aprelə qədər döyüşlərdə dörd günlük humanitar fasiləyə çağırıb.
Quterreş humanitar atəşkəsin döyüş bölgələrini tərk etmək istəyən mülki şəxslər üçün humanitar dəhlizlərin açılmasına , həmçinin Mariupol, Xerson, Donetsk və Luqansk da daxil olmaqla ağır zərbələrə məruz qalan ərazilərdə yaşayan insanlara yardım ləvazimatlarının çatdırılmasına imkan verəcəyini söyləyib.
O, əlavə edib: "Ukraynada Pasxa atəşkəsi olacağı təqdirdə BMT bu bölgələrə humanitar yardım karvanları göndərməyə hazırdır".