Rusiya ABŞ-ın Ukraynada təxribat hazırladığını bildirib
https://azeri.sahartv.ir/news/dünya-i388335-rusiya_abŞ_ın_ukraynada_təxribat_hazırladığını_bildirib
ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 23, 2022 10:16 Asia/Baku
  • Rusiya ABŞ-ın Ukraynada təxribat hazırladığını bildirib

ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır:

"Zaporojye AES-də təxribat istisna edilmir. Təxribatı səhnələşdirmənin yüksək ehtimalı Ukraynaya zəhərli antidotların tədarükü faktları ilə təsdiqlənir"- bəyanatda deyilir.

Rusiya MN-dən ehtimal olunan təxribatların niyyət və məqsədinə də aydınlıq gətirilib:“Bu təxribatlar o cümlədən Hindistan və Çinə təzyiq göstərmək, onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək üçün planlaşdırılır”, - Rusiya MN bildirib.