Apr 27, 2022 14:41 Asia/Baku
  • Rusiya qərbin Ukraynada pul qazanmaq istədiyini bildirib

Rusiya XİN sözçüsü bildirib ki, Qərb sülhdən danışaraq regionda sabitliyi pozur, münaqişəni uzadaraq pul qazanmağa davam edir.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində deyib ki, kollektiv Qərb liderlərinin Kiyevə səfərləri, əlbəttə ki, ilk növbədə, təbliğat dəstəyi effektinə malikdir, ən əsası isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçündür:

"Qərb sülhdən danışaraq regionda sabitliyi pozmaq və münaqişəni uzatmaq üçün Ukraynaya silah tədarükündən pul qazanmaqda davam edir. Əlbəttə, həm biznes, həm cəhənnəm karuseli , digər şeylərlə də əsas məqsəd regionda sabitliyi pozmaq və getdikcə daha çox insanın ölümünə səbəb olan münaqişənin kəskin mərhələsinin davam etdirilməsidir", - Mariya Zaxarova deyib.

Rusiya XİN sözçüsü qərbin insan həyatı barədəki ikili mövqeyinə də toxunub: “Əgər deyirlərsə ki, onlar üçün insan həyatı birinci yerdədir, onda Ukraynaya silah tədarükünü dayandırmalıdırlar. Münaqişə zonasına başqa dövlətlər tərəfindən silah gətiriləndə Qərb isterik vəziyyətə düşüb və onlar embarqo tələb edib, bunun qarşısını almaq üçün sanksiyalar tətbiq edərək BMT Təhlükəsizlik Şurasına müraciət ediblər, lakin Kiyevlə bağlı fərqli məntiq tətbiq olunur", - deyə XİN sözçüsü vurğulayıb.

Teqlər