“Ukrayna müharibəsində amerikanlar da iştirak edir”
https://azeri.sahartv.ir/news/dünya-i388680-ukrayna_müharibəsində_amerikanlar_da_iştirak_edir
Döyüş təlimi keçmiş amerikalılar minlərlə digər əcnəbi ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlarda Kiyev tərəfində iştirak edir. Bu barədə Amerikanın “Politico” qəzetində dərc olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2022 06:54 Asia/Baku
  • “Ukrayna müharibəsində amerikanlar da iştirak edir”

Döyüş təlimi keçmiş amerikalılar minlərlə digər əcnəbi ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlarda Kiyev tərəfində iştirak edir. Bu barədə Amerikanın “Politico” qəzetində dərc olunub.

Qeyd olunur ki, Ukraynada, amerikalı Harrison Cozefovitsin başçılıq etdiyi “Task Force Yankee” qrupu fəaliyyət göstərir.

O, əvvəllər İllinoys ştatının Çikaqo şəhərində polis məmuru kimi çalışıb. Harrison həmçinin ABŞ ordusunda xidmət edib.

Yazıda bildirilir ki, qrupda 190-dan çox könüllü var və onlardan bəzilərinin döyüş əməliyyatlarında iştirak edəcəyi gözlənilir.

Qrup üzvləri Kiyevin maraqları naminə Ukraynanın şərq və cənub bölgələrində fəaliyyət göstərirlər.