ABŞ-ın Ukrayna müharibəsinə birbaşa müdaxiləsi barədə konqresə müraciət olunub
https://azeri.sahartv.ir/news/dünya-i388682-abŞ_ın_ukrayna_müharibəsinə_birbaşa_müdaxiləsi_barədə_konqresə_müraciət_olunub
ABŞ Konqresinə Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakına icazə verən qətnamə layihəsi təqdim edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2022 07:17 Asia/Baku
  • ABŞ-ın Ukrayna müharibəsinə birbaşa müdaxiləsi barədə konqresə müraciət olunub

ABŞ Konqresinə Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakına icazə verən qətnamə layihəsi təqdim edilib.

SəhərAzəri-nin məlumatına əsasən, qətnaməni Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger təqdim edib.

Qətnamə layihəsində Rusiyanın Ukraynada kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Amerika hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub.

Layihəyə dair izahatda deyilir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ Prezidentinə “Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi” vəziyyətə cavab vermək üçün Amerika qüvvələrindən istifadə etmək imkanı verəcək.