“ABŞ və müttəfiqləri Ukraynaya hər şey verəcəklər”
https://azeri.sahartv.ir/news/dünya-i388760-abŞ_və_müttəfiqləri_ukraynaya_hər_şey_verəcəklər
Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden raket zavoduna gedib və ukraynaya göndərilən “Javelin” tank əleyhinə raket istehsalına görə işçilərə təşəkkür edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 04, 2022 08:13 Asia/Baku
  • “ABŞ və müttəfiqləri Ukraynaya hər şey verəcəklər”

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden raket zavoduna gedib və ukraynaya göndərilən “Javelin” tank əleyhinə raket istehsalına görə işçilərə təşəkkür edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Ukraynaya hücum etdiyi vaxtdan ABŞ Ukraynaya təhlükəsizlik sahəsində 3 milyard dollardan çox yardım göndərib.

"Ukraynalıların mübarizəni davam etdirməsinin və onu Rusiya üçün strateji uğursuzluğa düçar etməsinin səbəbi ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə onların arxasında dayanmasıdır", - ABŞ prezidenti deyib.

Co Bayden Ukraynaya hərhansı silah-sursatın göndərilməsinin davam edəcəyini vurğulayıb: "Ukraynalıların silah, hərbi sursat və texnikaya malik olması üçün ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə əlindən gələni edir", - Bayden vurğulayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Alabamadakı Lockheed Martin müəssisəsi hər il minlərlə “Javelin” tank əleyhinə raket kompleksi istehsal edir. ABŞ hökuməti və onun müttəfiqləri Ukraynaya 5500 belə tank əleyhinə sistem göndərib.