Ərdoğanla Makron arasında telefon danışığı olub
Türkiyə prezidenti dünən axşamçağı Fransa prezidenti ilə telefonla söhbət edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan bu telefon danışığında son Fransa prezident seçkilərində yenidən qalib gəlməsi münasibətilə Emmanuel Makronu təbrik edib.
Türkiyə prezident administrasiyasının əlaqə bölməsinin bildirdiyinə görə, Ərdoğan və Makron bu telefon söhbətində əlaqələrin daha da genişləndirilməsi üçün yeni addımların atılması, həmçinin Rusiya-Ukrayna savaşı xüsusiyyət təşkil etməklə regional olaylar ətrafında fikir mübadiləsi aparıblar.
Türrkiyə-Fransa münasibətlərini Avropanın beynəlxalq rolu üçün önəmli adlandıran Ərdoğan deyib ki, Ankara diplomatik yolla Rusiya-Ukrayna savaşına son qoymaq üçün əlindən gələni əsirgəməyəcək.
Türkiyə ötən illərdə Avropa Birliyinə qatılmaq üçün çox ciddi-cəhd etsə də Fransa kimi ölkələr bu məsələyə qarşıdırlar.