May 06, 2022 12:21 Asia/Baku
  •  Rend Pol
    Rend Pol

Amerikada respublikaçı senator Rend Pol deyib ki, bu ölkənin hökuməti dünya tarixində yalanın yayılması üzrə ən böyük amildir.

SəhərAzəri-nin məlumatına əsasən, Rend Pol çərşənbə günü bildirib ki, bu ölkənin yalançı hökumətinin hansı şeyin gerçək olduğunu deməyə haqqı çatmır, çünki özü, yalan yaymaq üzrə ən böyük amildir.

ABŞ-ın daxili təhlükəsizlik naziri Aleksandro Mayorkas ABŞ senatının «Yalanyayma üzrə idarə heyəti»nin yaradılmasını müdafiə üzrə dinləmə iclasında bildirib ki, «saxta xəbərlər»in süzgəcdən keçirilməsində sosial medialara böyük köməklik göstərilibdir.

Rend Pol bu amerikan nazirin sözlərinə cavab olaraq, Amerika hökumətindəki bir neçə yalanyaymaya işarə edib və vurğulayıb ki, Amerika hökuməti Vyetnam müharibəsinin cəhətləri haqda illər boyu xalqa yalan söylədi.

Rend Pol həmçinin/ Corc Dablyu Buşun/ Birləşmiş Ştatların İraqa hücum və bu ölkəni iyirmi il müddətinə işğal etməsi üçün bir bəhanə olmuş/ «kütləvi qırğın silahı»na işarə edib.

Bu amerikalı senator Ağ Ev administrasiyasına sual ilə müraciət edib: Elə bilirdiniz, Amerika xalqı o qədər axmaqdır ki, siz ona nəyin həqiqət olduğunu deyəcəksiniz?

 

Teqlər