May 09, 2022 14:10 Asia/Baku
  • G7 liderləri
    G7 liderləri

Britaniya, Fransa, ABŞ, Kanada, Almaniya, Yaponiya və İtaliyanın daxil olduğu G7 ölkələrinin liderləri bazar günü Ukrayna prezidenti Volodimir Zelinski ilə virtual görüş keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Virtual görüş Qərbin Rusiyaya qarşı hərəkətlərini əlaqələndirmək məqsədi daşıyıb.

"İran Press"in məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə virtual görüşdən sonra G7 liderləri Rusiyaya qarşı təzyiqləri artacaqlarını bəyan ediblər.

Buna əsasən, Yeddilik Qrupu ölkələri Rusiyanın sənaye sektorunu, dövlətin nəzarətində olan medialarını, əsas maliyyə qurumları və banklarının, o cümlədən "Qazprombank"ın rəhbərlərini hədəfə alan yeni sanksiyalar paketi tətbiq edəcəklərini bildiriblər. 

G7 liderləri həmçinin Rusiyadan neft idxalını mərhələli şəkildə dayandıracaqlarını və ya tam qadağan edəcəklərini açıqlayıblar. 

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Moskvanın Ukraynadakı əməliyyatdan məqsədinin Ukraynanı "densifikasiya" etmək, həmçinin bu ölkənin rusdilli bölgələrini soyqırımdan xilas etmək olduğunu bildirib. 

Moskva bundan əvvəl dəfələrlə Qərb ölkələrinə Ukraynanı silahlandırmaq, eləcə də Ukraynanın şərqində insan hüquqlarının pozulmasına və Ukrayna qüvvələrinin bu ərazilərdəki ruslara qarşı hücumlarına laqeydliklə bağlı xəbərdarlıq edib.

Eyni zamanda, ABŞ başda olmaqla, Qərb Rusiyanı cilovlamaq və mühasirəyə almaq məqsədi ilə Ukraynaya silah və hərbi yardımları göndərməkdə davam edir. NATO da birgə təlimlər keçirərək və ukraynalı hərbçilərə təlim keçməklə Ukraynada getdikcə daha çox iştirak edir.

 

Teqlər