Ferrari: Ukraynada sülhə NATO mane olur
https://azeri.sahartv.ir/news/dünya-i388934-ferrari_ukraynada_sülhə_nato_mane_olur
İtaliyalı politoloq bəyan edib ki, NATO Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2022 12:39 Asia/Baku
  • Ferrari: Ukraynada sülhə NATO mane olur

İtaliyalı politoloq bəyan edib ki, NATO Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir.

SəhərAzəri-nin məlumatına əsasən, politoloq Aldo Ferrari deyib: “Bir tərəfdən son onilliklər ərzində NATO-nun şərqə doğru genişlənməsi Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsini qətiyyətlə müəyyən etdi, digər tərəfdən, ittifaqın həm siyasi, həm də hərbi çəkisi artdı. Hazırkı böhran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir”.

Ekspert əlavə edib ki, nizamlanma üçün balanslı və uzaqgörən diplomatik yolun təşviqində NATO-nun mənfi rolu dəqiq vurğulanmalıdır.