İngiltərə İsveç və Finlandiya ilə hərbi müqavilələr bağlayıb
İngiltərənin baş naziri deyib ki, bu ölkə Avropanın təhlükəsizliyini gücləndirmək məqsədilə İsveç və Finlandiya ilə yeni hərbi müqavilələr imzalayıb və vəd edibdir ki, bu iki ölkənin silahlı qüvvələrinə hücum edilərsə, onları himayə edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Ukraynadakı müharibə Rusiyanın potensial təhdidindən nigaran olan İsveç və Finlandiyanı belə bir tərəfə sövq etdirdi ki, öz vəziyyətlərini yenidən nəzərdən keçirib, NATO-ya qatılmaq fikrinə düşmüş olsunlar.
Boris Conson həmin müqavilə-bəyaniyyələri çərşənbə günü, İsveç və Finlandiyada səfərdə olarkən imzalayıb.
İngiltərə bu razılaşmaları müdafiə və təhlükəsizlik əməkdaşlıqlarında diqqətəlayiq siyasət dəyişikliyi adlandırıb.
Rusiyanın Ukraynaya hücumu bu ölkənin qonşuluğunda yerləşən İsveç və Finlandiyada daxili təhlükəsizliyin təmin edilməsi tərzi məsələsinin yenidən nəzərdən keçiriilməsinə səbəb olub.
Hər iki ölkənin NATO-ya qoşulması qərara alınıb, amma onların hər ikisi bir il sürə biləcək NATO-ya qatılma prosesi əsnasında təhlükələrə məruz qalacağından nigarandır.
Conson deyib ki, hər hansı yardımın mahiyyəti digər tərəfin xahişindən asılıdır, NATO bir müdafiə koalisiyasıdır.
Yuxarıda qeyd olunan müqavilələrin həyata keçirilməsinin fonunda qeyd edək ki, Kreml bundan öncə dəfələrlə İsveç və Finlandiyanın NATO-ya qatılmaları ehtimalı haqda xəbərdarlıq etmiş və bildirmişdi ki, bu iki ölkənin qeyd olunan hərbi bloka qoşlacağı təqdirdə, NATO bölgəsindəki hərbi istehkamlarını gücləndirəcək və bu bölgədə atom silahları yerləşdirəcəkdir.