May 12, 2022 16:30 Asia/Baku
  • NATO ilə Rusiya arasındakı münaqişə nüvə müharibəsinə çevrilə bilər

Rusiya rəsmisi bəyan edib ki, Ukraynaya silah tədarük etmək NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalını artırır ki, bu da öz növbəsində nüvə müharibəsinə çevrilə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev özünün “Telegram” kanalında yazıb: "Bu müharibə hamı üçün fəlakətli ssenari olar.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya silah tədarük etməsi, Ukrayna qoşunlarını Qərb texnikasından istifadə etmək üçün öyrətməsi, bölgəyə muzdluları göndərməsi və alyans ölkələrinin sərhədlərimizə yaxın təlimləri NATO ilə Rusiya arasında birbaşa və açıq münaqişə ehtimalını artırır. Belə münaqişə nüvə müharibəsinə çevrilmək riskini daşıyır.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini vurğulayıb ki, xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsi ilə bağlı söhbətləri bitib-tükənmir. Onlar var gücləri ilə Moskvanın guya "nüvə münaqişəsi ilə dünyanı qorxutması" tezisini ortaya qoymağa çalışırlar. Hətta ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu yaxınlarda bununla bağlı çıxış edib", deyə Təhlükəsizlik Şurası rəhbərinin müavini paylaşımında bildirib.

Teqlər