Mora Frankfurt hava limanında saxlanılıb
Vyana müzakirələri üzrə avropalı koordinator bildirib ki, Tehrandan geri dönərkən onu Frankfurt hava limanında saxlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Vyana nüvə müzakirələri barədə məşvərət etmək üçün Tehranda səfərdə olmuş Enrike Mora bir tvittdə yazıb: Almaniya polisi Tehrandan Brüsselə geri dönərkən məni Frankfurt hava limanında heç bir izahat vermədən saxlayıb.
Yüksək vəzifəlir bir Avropa rəsmisinin nə üçün belə bir durumla üzləşməsindən təəccüb ifadə edən Mora əlavə edib: Avropa Birliyinin bir rəsmisi, rəsmi bir tapşırığı yerinə yetirərkən, İspaniya diplomatik pasportuna malik ola-ola, öz pasportu və mobil telefonlarını təhvil veribdir.
Mora az sonra başqa bir tvittdə yazıb: Hazırda iki həmkarım- Avropa Birliyinin BMT-nin Vyana ofisindəki səfiri və İran üzrə xüsusi qrupun sədri ilə yanaşı azad edilmişəm.