May 14, 2022 17:14 Asia/Baku
  • Moskvada

Moskvanın ev sahibliyi ilə Xəzər dənizi əməkdaşlığı sahəsində elmi və akademik elitaların, iqtisadçıların və ekspertlərin iştirakı ilə Xəzəryanı Dövlətlərin Elmi, Texniki və İxtisaslaşmış Dialoq Şurasının 12-ci sessiyası keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, iclas 2009-cu ildən Rusiya Elmlər Akademiyasının Elm və Yeni Texnologiyalar Şurası tərəfindən keçirilir və onun məqsədi inteqrasiyanı gücləndirmək və xüsusən də iqtisadiyyat, neft və qaz, ətraf mühit, balıqçılıq və turizm sahələrində Xəzər dənizinin nəhəng potensialından innovativ şəkildə istifadə yollarının təqdim edilməsidir. 

"Xəzərin elm və innovasiyaları" Assosiasiyasının nümayəndəsi Yelena Dimitriyevna deyib: "Akademiyanın son illərdə gördüyü tədbirlər baxışların yaxınlaşmasında və Xəzər dənizində konstruktiv əməkdaşlıq perspektivlərinin yaxşılaşdırılmasında mühüm rol oynayıb".

İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasının nümayəndələri əyani və onlayn formatda hərtərəfli əməkdaşlığın gücləndirilməsi və əcnəbilərin Xəzər dənizinin işlərinə müdaxiləsinin qarşısının alınması yolları barədə öz fikirlərini bildiriblər.

"Vesti Press"in fars bölməsinin redaktoru Pərviz Nemətov deyib: "Xəzər dənizi dünyanın ən mühüm su ərazilərindən biridir Hansı ki, strateji və iqtisadi baxımdan bir çox Qərb ölkələrinin diqqətini cəlb edib. Qərbin maraqları Xəzəryanı dövlətlər arasında parçalanmanın olmasını tələb edir, lakin birgə media hərəkətləri ilə bunu neytrallaşdırmaq olar". 

Bu görüşdə texniki və ixtisaslaşdırılmış məsələlərlə yanaşı, Xəzəryanı dövlətlərin media imkanlarından necə istifadə olunması da müzakirə olunub.