Avroviziya-2022: Ukrayna qalib oldu!
Mahnı müsabiqəsi bu il siyasi çalarlara bürünüb
İtaliyada keçirilən bayağı Avroviziya Mahnı Müsabiqəsində Ukrayna qəfildən qalib elan edilib.
SəhərAzəri-nin məlumatına əsasən, guya xalq səsverməsinin nəticələri əlavə olunduqdan sonra 631 xalla Ukrayna qalib gəlibdir.
Bu il müsabiqəyə 41 ölkə qatılıb və ötən gün Ukraynanın qalib elan edilməsi ilə məlum olub ki, bu müsabiqə artıq sadə mahnı müsabiqəsi çərçivəsini aşaraq siyasi çalarlara da bürünüb. Belə ki, Ukraynanı qalib edənlər şübhəsiz ki, Rusiyaya gözdağı verməyi düşünüblər və bunu mahnı müsabiqəsinin siyasi çaları kimi qiymətləndirmək lazımdır.
Maraqlıdır ki, nəticələr elan olunan kimi Ukrayna prezidenti Volodimir Zelenski gələn il Avroviziyanın hazırda Rusiyanın nəzarətində olan Mariupol şəhərində keçiriləcəyini vurğulayıb.
Bir faktı da unutmaq olmaz ki, əxlaqsızlığı yaymaqla yanaşı istənlən ölkənin ev sahibliyini təmin etmək və onu bayağı mədəniyyətə alışdırmaq ilk gündən müsabiqə təşkilatçılarının gizli missiyalarını təşkil edir. Sabit bir ənənəyə əsasən ev sahibliyi edən ölkələrin insanlarının həssaslığını azaltmaq üçün bu müsabiqədən istifadə olunur. Homoseksual paradların keçirilməsi, çılpaqlıq mədəniyyətinin təbliği və s. müsabiqənin elementləri sırasındadır. Bəlkə elə buna görədir ki, Türkiyə 2012-ci ildən müsabiqəyə qatılmır.
Maraqlıdır ki, Azərbaycan Respublikası hökuməti bu müsabiqəni heysiyyat məsələsinə çevirib və ötən il bu ölkə bayrağının həmin müsabiqədə ayaqlanmasına rəğmən, bu il də mənəviyyata zidd olan müsabiqədə iştirak edib.
Qeyd edək ki, Bakı şəhəri 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edib, lakin o vaxt xalqın etirazından ehtiyatlanan təşkilatçılar paytaxtda gey-paradın təşkilindən vaz keçmişdilər.
Daha bir rüsvayçı məqam: O zaman İsrailin Bakıdakı səfirliyinin mədəniyyət şöbəsi bir sirrin üstünü açaraq etiraf etmişdi ki, Azərbaycan Respublikasını “Avroviziya 2011” müsabiqəsində təmsil edən müğənnilər Eldar və Nigarın qələbəsi məhz sionistlərin təlimləri ilə mümkün olub.