İsveç xalqı bu ölkənin NATO-ya qatılmasına etiraz edib
https://azeri.sahartv.ir/news/dünya-i389122-İsveç_xalqı_bu_ölkənin_nato_ya_qatılmasına_etiraz_edib
İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya qatılmaq barədəki qərarının ardınca etirazçılar küçələrə çıxıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2022 15:27 Asia/Baku
  • İsveç xalqı bu ölkənin NATO-ya qatılmasına etiraz edib

İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya qatılmaq barədəki qərarının ardınca etirazçılar küçələrə çıxıblar.

 SəhərAzəri-nin məlumatına əsasən, Aksiyanın təşkilatçısı olan «NATO-ya yox de!» adlı yerli təşkilat bildirib ki, İsveç hökumətinin əsas vəzifəsi, bu ölkənin istiqlaliyyəti və sülhünü qorumaqdır. NATO-ya qatılmaq bu vəzifəyə zidd olub, hazırkı durumun kəskinləşməsinə bais olacaq.

İsveç və Finlandiyanın dövlət başçıları mayın əvvəllərində bildirmişdilər ki, Ukrayna müharibəsi regionun təhlükəsizlik perspektivini dəyişdiyinə görə, NATO-ya üzv olmaq istəyirlər.

İsveçdə hakim partiya- sosial-demokrat partiyası bazar günü NATO-ya üzvlük barədəki qərar gedişatını şərh etməlidir.

İsveç 1993-cü ildən Avropa Birliyinin üzvü olsa da, NATO-nun üzvü deyildir.