Putin: NATO-nun coğrafi genişlənməsi Rusiyanın cavabı ilə üzləşəcək
https://azeri.sahartv.ir/news/dünya-i389141-putin_nato_nun_coğrafi_genişlənməsi_rusiyanın_cavabı_ilə_üzləşəcək
Rusiya prezidenti xəbərdarlıq edib ki, NATO coğrafiyasının istənilən genişlənməsi Moskvanın reaksiyası ilə üzləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2022 16:03 Asia/Baku
  • Putin: NATO-nun coğrafi genişlənməsi Rusiyanın cavabı ilə üzləşəcək

Rusiya prezidenti xəbərdarlıq edib ki, NATO coğrafiyasının istənilən genişlənməsi Moskvanın reaksiyası ilə üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün dərhal təhlükə yaratmayacaq, lakin alyansın hərbi infrastrukturunun bu əraziyə genişləndirilməsi Rusiyanın cavabına səbəb olacaq.

"Cavabın nə olacağına Moskva yaranacaq təhdidlərə əsasən qərar verəcək", - deyə o əlavə edib.