May 18, 2022 19:21 Asia/Baku
  • 51 avropalı diplomat arzuolunmaz şəxs elan edildi

Mayın 18-də İspaniya və İtaliyanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya XİN-i bildirib ki, İspaniya və İtaliya hakimiyyətlərinin Rusiyanın diplomatik nümayəndəliklərinin müvafiq olaraq 27 və 30 əməkdaşını “arzuolunmaz şəxs” elan etmək barədə təxribat xarakterli və əsassız qərarı ilə əlaqədar səfirlərə etiraz təqdim olunub. Bu qeyri-dost addımın Rusiya-İspaniya və Rusiya-italiya münasibətlərinə mənfi təsir göstərəcəyi vurğulanıb.

Cavab olaraq, İspaniyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı İspaniya Baş Konsulluğunun 27 əməkdaşı, İtaliyanın isə 24 diplomatı “arzuolunmaz şəxs” elan edilib. Onlar müvafiq notanın səfirlərə çatdırıldığı tarixdən 7 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Teqlər