Fransada inflyasiyanın nəticələrindən nigarançılıq
Fransadakı xeyriyyə təşkilatları və humanitar təşkilatlar ölkədə inflyasiyanın və qida maddələrinin qiymətlərinin artmasından son dərəcə nigarançılıq ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna müharibəsinin ardınca Fransada inflyasiyanın artması, fransızların alıcılıq qabiliyyətinin aşağı düşməsinə bais olub. Ərzaq və enerjinin qiymətləri xeyli artıb və onlar öz xərclərinə qənaət etməlidirlər.
İnflyasiyanın artması/ enerji qiymətlərinin artmasının və bu barədəki nigarançılğın qızğın çağında baş verib. Ukraynadakı müharibə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalarla yanaşı, bu ölkədən neft və təbii qaz tədarükünün daha çox azalması ilə nəticələnə bilər.
Son statistikalara görə, 2022-ci ilin aprelində Fransada inflyasiya səviyyəsi dörd faizi ötüb keçibdir.
Humanitar təşkilatların rəsmiləri və xeyriyyə məsələləri üzrə könüllülər iyun ayında daha az maliyyə yardımı və daha çox alıcını qeydə alacaqlarını proqnozlaşdırırlar.
Bu orqanlar eyni zamanda, xammalın və ərzaq məhsullarının qiymətlərinin artmasından irəli gələn maliyyə problemləri ilə üzləşirlər.