Əfqan qadın teleaparıcılar Taliban-ın göstərişlərinə məhəl qoymurlar
Əfqanıstanda qadın televiziya aparıcıları Taliban-ın/ onların üzlərini örtmələri barədəki göstərişini yerinə yetirməkdən boyun qaçırırlar.
SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü üzlərini örtmədən veriliş aparan Əfqanıstan televiziya kanallarının qadın diktor və aparıcıları beləliklə, Taliban-ın bu barədəki göstərişinə meydan oxuyub və bu qrupun İslam dini barədə olan sərt qənaətinə təslim olmayıblar.
Taliban ötən il hakimiyyətə yenidən qayıtdığı zamandan bəri vətəndaş cəmiyyətinə qarşı ciddi məhdudiyyətlər tətbiq edibdir ki, onun başlıca hissəsi, qadınların hüquqlarının məhdudlaşdırılmasına şamil olur.
Cari ayın əvvəllərində Taliban-ın başçısı qadınların ictimai yerlərdə burka ilə tam şəkildə örtülmələrini tələb edən göstəriş verdi, halbuki əvvəllər qadınların saçlarını bürümək üçün yaylıq örtmələri kifayət edərdi.
Əfqanıstanın Əmr be Məruf və Nəhy əz Münkər Nazirliyi qadın teleaparıcılara, şənbə gününədək bu göstərişi yerinə yetirmək əmri vermişdi.
Amma Tolu-Nyus, Şəmşad TV və One TV-nin qadın jurnalistləri üzlərini örtmədən canlı yayıma çıxıblar.
Şəmşad TV-nin xəbər bölməsinin məsul şəxsi Abid Ehsas deyir ki; bizim qadın həmkarlarımız üzlərini örtəcəkləri təqdirdə, onlara işdən əl çəkmələrini söyləyəcəyimizdən ehtiyat edirlər. Məhz bu səbəbdən, indiyədək bu göstərişə əməl etməyiblər.