Avropa Parlamentinin deputatından düşündürücü bəyanat
“Avropa İttifaqı ABŞ və Səudiyyə Ərəbistanına qarşı embarqo tətbiq etsin”
Avropa Parlamentinin deputatı Kolakuşiç hərbi münaqişələrdə iştirakına görə ABŞ-a qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edib.
SəhərAzəri-nin məlumatına əsasən,Xarvatiyadan olan deputat Mislav Kolakuşeç Avropa Parlamentinin sesiyalarından birində bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar Avropaya Ukraynadakı böhranın öhdəsindən gəlməyə kömək etməyəcək. Deputat çıxışının videosunu Twitter-də paylaşıb.
Onun sözlərinə görə, əgər əsas hədəf münaqişələrin qarşısını almaqdırsa, onda Avropa İttifaqı ABŞ və Səudiyyə Ərəbistanına qarşı embarqo tətbiq etsin. O qeyd edib ki, ABŞ-dan edilən neft və qazın idxalı qadağan edilməlidir, hansı ki, “istənilən Avropa ölkəsindən fərqli olaraq axrıncı onillikdə ABŞ dünyada çoxlu sayda hərbi münaqişələrdə iştirak edib”.
“Əgər bu həqiqətdirsə, əgər biz həqiqətən sülh üçün mübarizə aparırıqsa, onda biz həmin sanksiaları dərhal Səudiyyə Ərəbistanına qarşı tətbiq etməliyik, hansı ki o, bir neçə il ərzində Yəmənə qarşı müharibəni qızışdşrır”-deyə o, bəyan edib.
Kolakuşiç Rusiyaya qarşı sanksiyaları “inanılmaz yalan və ikiüzlülük” adlandırıb. Onun sözlərinə görə, birinci növbədə Moskva ilə iqtisadi əlaqələrin qırılmasından avropalılar əziyyət çəkir.