London meymun çiçəyi ilə mübarizə aparır
May 26, 2022 21:21 Asia/Baku
İngiltərədə meymun çiçəyinə yoluxma hallarının artması ilə, bu ölkə həmin virusa məruz qalanlar üçün 20 min doza vaksin satın alıb.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə səhiyyə təhlükəsizliyi agentliyi bu gün bir tvittdə yazıb ki, həmin vaksinləri, meymun çiçəyinə yoluxma hallarının artmasına reaksiyanın bir hissəsi kimi tədarük edib.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bilgiyə görə, məlumatlar göstərir ki, çiçək xəstəliyinin aradan qaldırılması zamanı istifadə edilən vaksinlər meymun çiçəyi ilə mübarizədə 85%-ə qədər təsirlidirlər.
Yayılan statistikalara əsasən, İngiltərə, meymun çiçəyinə ən çox yoluxma halına malikdir.